Sabiq səhiyyə naziri Əli İnsanova qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirak etmək üçün icazə verilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Aktual.az-a verilən məlumata görə, onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Xidmətdə baxılıb, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul edilib və Ə.İnsanovun mərasimdə iştirak etməsinə icazə verilib.
Lakin Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib.
Aktual.az