Ələt-Astara yolunda baş verən ağır avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə müxtəlif bədən xəsarətləri ilə beş nəfər daxil olub.
Mərkəzdən "Report”a verilən məlumata görə, təcili tibbi yardım avtomobili ilə gətirilən hər bir yaralıya dərhal ilkin tibbi yardım göstərilib.
Yaralıların siyahısını təqdim edirik:
2020-ci il təvəllüdlü Məryəm Əlizadə
2018-ci il təvəllüdlü Zeynəb Əliyeva
1998-ci il təvəllüdlü Simuzər Əliyeva
1978-ci il təvəllüdlü Gültəkin Bayramova
1970-ci il təvəllüdlü Aybəniz Çağlar
Xəbər 234 dəfə oxunub.