Ələsgər Məmmədoğlu nədən ölüb - İLK DƏFƏ

Ələsgər Məmmədoğlu nədən ölüb  - İLK DƏFƏ

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun həyat yoldaşı bildirib ki, əməkdar artistin ölümü qəfil olub: "Dünən özünü çox yaxşı hiss edirdi. Qohumlarımız gəldi, oturub söhbət etdi. Sonra kitab oxumaq istədiyini deyib otağına getdi. Bir neçə dəqiqə sonra tıqqıltı səsi gəldi. Gedib gördüm xırıldayır, süni nəfəs verdim, masaj etdim. Təcili yardım çağırsaq da, gec idi. Qaraciyərində xərçəng var idi. Amma Ələsgərdən gizlətdik, xərçəng olduğunu bilmədən vəfat etdi". 

"Atam üçün aktyorluqdan vacib ailəsi, övladları idi". Bunu isə Musavat.com-a Ələsgər Məmmədoğlunun oğlu Ceyhun deyib: "Biz onun aktyor olduğunu heç vaxt anlamamışıq. Çünki sənətdən vacib onun üçün ailəsi, övladları idi. Kaş Allah hamıya Ələsgər Məmmədoğlu kimi ata qismət etsin. O bizi yaxşı yaşatmağa çalışıb. Ölümü bizim üçün qəfil oldu. Atamı bu gün "Qurd qapısı" qəbirstanlığında nənəmin yanında torpağa tapşıracağıq".

// Aktual.az

Xəbər 9391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR