Eldar Mahmudovla bağlı yeni həbslər

Eldar Mahmudovla bağlı yeni həbslər

Keçmiş təhlükəsizlik nazirinin şəxsi mühafizə xidmətinin dörd əməkdaşı tutulub.

“Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib”.

Mənbənin sözlərinə görə, həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir.

Əldə edilən məlumata görə, aparılan araşdırmaların sonucunda E.Mahmudov və ailə üzvlərinin mühafizəsini həyata keçirən daha bir neçə şəxsin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.(moderator.az)

ANS PRESS xatırladır ki, MTN-in 7 əməkdaşına qarşı CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

 Əldə edilən digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

// anspress.com

Xəbər 7211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR