Ehtiyac meyarının yuxarı həddi müəyyənləşdi

Ehtiyac meyarının yuxarı həddi müəyyənləşdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib.
 
"APA-Economics”in məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.
 
Komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: "2015 və 2016-cı ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2018-ci ildə ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. 2017-ci ildə də bu məbləğ 116 manat olub”. 
 
Qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR