Əh­məd Şa­hi­dov: “Pre­zi­dent bey­nəl­xalq təş­ki­lat­lar­da Pol­şa-Azər­bay­can əmək­daş­lı­ğı­nın ye­ni mər­hə­lə­si­ni aç­dı”

Əh­məd Şa­hi­dov: “Pre­zi­dent bey­nəl­xalq təş­ki­lat­lar­da Pol­şa-Azər­bay­can əmək­daş­lı­ğı­nın ye­ni mər­hə­lə­si­ni aç­dı”

Hüquq müdafiəçisi: "He­sab edi­rəm ki, bu is­ti­qa­mət­də də biz Pol­şa­nın köməyindən yarar­la­na bi­lə­rik”

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Pol­şa Res­pub­li­ka­sı­na rəs­mi sə­fə­ri ye­kun­la­şıb. Hə­min sə­fər çər­çi­və­sin­də ke­çi­ri­lən gö­rüş­lər za­ma­nı İl­ham Əli­yev bir sı­ra mü­hüm bə­ya­nat­lar səs­lən­di­rib. On­lar­dan bi­ri də öl­kə­mi­zin Pol­şa ilə bey­nəl­xalq qu­rum­lar çər­çi­və­sin­də sıx əmək­daş­lı­ğı­nın va­cib­li­yi haq­da olub.

Baş na­zir Bea­ta Şid­lo ilə əv­vəl­ki gö­rü­şü­nü xa­tır­la­yan Pre­zi­dent İl­ham Əli­yev Pol­şa­ya rəs­mi sə­fə­ri­nin əla­qə­lə­ri­mi­zin ge­niş­lən­di­ril­mə­si, qar­şı­da du­ran məsələlə­rin müza­ki­rə­si üçün yax­şı im­kan ya­rat­dı­ğı­nı bil­di­rib. İki­tə­rəf­li əmək­daş­lı­ğın uğur­la in­ki­şaf et­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev Pol­şa­nın BMT Təhlü­kə­siz­lik Şu­ra­sı­nın qey­ri-dai­mi üz­vü se­çil­mə­si mü­na­si­bə­ti­lə təb­ri­ki­ni çat­dı­rıb.

Öl­kə baş­çı­sı qeyd edib ki, Azər­bay­can və Pol­şa bey­nəl­xalq təş­ki­lat­lar­da, o cüm­lə­dən BMT-də və Av­ro­pa struk­tur­la­rın­da uğur­la əmək­daş­lıq edir. İki­tə­rəf­li münasibətləri­mi­zin Azərbay­can-Av­ro­pa İt­ti­fa­qı əlaqələ­ri ba­xı­mın­dan önə­mi­ni vur­ğu­la­yan Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­can­la Av­ro­pa İt­ti­fa­qı ara­sın­da əmək­daş­lı­ğın uğur­la in­ki­şaf et­di­yi­ni, bu istiqamət­də ye­ni sa­ziş üzə­rin­də iş apa­rıl­dı­ğı­nı de­yib.

Pre­zi­dent İl­ham Əli­yev bey­nəl­xalq nəq­liy­yat dəh­liz­lə­ri­nin ya­ra­dıl­ma­sın­da Azər­bay­ca­nın fə­al iş­ti­rak et­di­yi­ni de­yib və bu is­ti­qa­mət­də Pol­şa ilə əmək­daş­lı­ğın yax­şı pers­pek­tiv­lə­rə ma­lik ol­du­ğu­nu vur­ğu­la­yıb.

İl­ham Əli­yev iki­tə­rəf­li si­ya­si əla­qə­lə­rin uğur­la in­ki­şaf et­di­yi­ni nə­zə­rə çat­dı­ra­raq, qar­şı­lıq­lı ti­ca­rət döv­riy­yə­si­nin öl­kə­lə­ri­mi­zin möv­cud po­ten­sia­lı­nı tam əks etdir­mə­di­yi­ni, onun ar­tı­rıl­ma­sı üçün əsas is­ti­qa­mət­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­sin­də Azər­bay­ca­nın ma­raq­lı ol­du­ğu­nu bil­di­rib.

Gö­rün­dü­yü ki­mi, İl­ham Əli­yev Pol­şa ilə bey­nəl­xalq təş­ki­lat­lar sə­viy­yə­sin­də qar­şı­lıq­lı əmək­daş­lı­ğın güc­lən­di­ril­mə­sin­dən da­nı­şıb. Be­lə bir əmək­daş­lı­ğın qurulma­sı gə­lə­cək üçün nə vəd edə bi­lər?

 

Azər­bay­can De­mok­ra­ti­ya və İn­san Haq­la­rı İns­ti­tu­tu­nun di­rek­to­ru Əh­məd Şa­hi­dov
Bakı Xəbər qəzetinə bil­dir­di ki, öl­kə baş­çı­sı­nın bey­nəl­xalq təş­ki­lat­lar çərçivə­sin­də əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si ilə bağ­lı səs­lən­dir­di­yi fi­kir­lə­ri tam təq­dir edir: "He­sab edi­rəm ki, bu mo­del yal­nız Pol­şa­ya şa­mil olun­ma­ma­lı­dır. Bilir­si­niz ki, Azər­bay­can bir öl­kə ola­raq müha­ri­bə şə­rai­tin­də ya­şa­yır. Bu həm də in­for­ma­si­ya müharibə­si an­la­mı­na gəl­mə­li­dir. Biz müs­tə­qil hü­quq mü­da­fiə­çi­si ola­raq bu­nu ay­dın şəkil­də hiss edi­rik. Be­lə və­ziy­yət bi­zim üzəri­mi­zə əla­və mə­su­liy­yət­lər qo­yur. Ye­ni-ye­ni dost­lar tap­maq və hə­min öl­kə­lər­lə bey­nəl­xalq qurum­lar­da qar­şı­lıq­lı əmək­daş­lıq və on­la­ra dəs­tək ver­mək la­zım­dır. Azər­bay­can ötən il­lər ər­zin­də bu sa­hə­də cid­di uğur­lar əl­də edib. Xü­su­si­lə mü­səl­man ölkələri­lə bağ­lı bu gös­tə­ri­ci ürə­ka­çan­dır. Avro­pa öl­kə­lə­rin­də də və­ziy­yət pis de­yil. An­caq eti­raf edək ki, həmin coğ­ra­fi­ya­da er­mə­ni­lər də az iş gör­mür. Pol­şa­ya gəl­dik­də isə, ora çox uni­kal öl­kə­dir. Biz tez-tez hə­min öl­kə­də olu­ruq. Azər­bay­ca­na müna­si­bət­lə­ri çox nor­mal­dır. Bi­zim təşkilat Er­mə­nis­ta­nın iş­ğal­çı si­ya­sə­ti­nə eti­raz əla­mə­ti ola­raq Var­şa­va­da­kı er­mə­ni səfirliyinin önün­də eti­raz ak­si­ya­sı ke­çi­rib. Tam sə­mi­mi de­yim ki, heç bir mü­da­xi­lə və ma­neə ilə rast­laş­ma­dıq. Çün­ki Pol­şa rəs­mi­lə­ri və cə­miy­yə­ti haq­qı na­haq­dan seçmə­yi ba­ca­ran bir top­lum­dur. Pol­şa ha­zır­da BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­na qey­ri-dai­mi üzv se­çi­lib. Bi­zim prob­le­mimiz olan Dağ­lıq Qara­bağ mə­sə­lə­si­nin hə­min müs­tə­vi­də müza­ki­rə­yə çıxarıl­ma­sı­na da­ir çox­say­lı tək­lif səs­lə­nir. He­sab edi­rəm ki, bu is­ti­qa­mət­də də biz Pol­şa­nın kö­mə­yin­dən yararlana bi­lə­rik. Di­gər qu­rum­lar­da da Pol­şa­nın sıx əla­qə­lə­ri var. Əmi­nəm ki, Pre­zi­den­tin işa­rə et­di­yi yol xə­ri­tə­si­nə əməl et­sək, yal­nız müs­bət nə­ti­cə­lə­rin şa­hi­di ola­rıq”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ
Bakı Xəbər qəzeti
Xəbər 1634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR