Əhalinin sərəncamında bu qədər pul var

Əhalinin sərəncamında bu qədər pul var

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq, 36,247 mlrd. manata çatıb.

Aktual.az Dövət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək, 6,9% artıb.
Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 652 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib. Beləliklə, kreditlər üzrə faizlərin ödənilməsinə 652 mln. manat yönəldilib. 
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 157,3 mln. manatlıq vəsait qalıb. 
Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisi  gəlirlərinin (31770,8 milyon manat) 85,8 %-i son istehlak xərclərinə, 8,6 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 3,8 %-in isə yığıma yönəldildiyi açıqlanmışdı.
 

Aktual.az 

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR