Əhalinin kreditlər üzrə ödənişləri 600 mln. manata yaxınlaşıb

Əhalinin kreditlər üzrə ödənişləri 600 mln. manata yaxınlaşıb

Bu ilin avqust ayının 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12860,8 milyon manat olub.

Aktual.az  Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 10336,3 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq, 1812,8 milyon manata çatıb və ümumi kredit portfelinin 14,1 faizini təşkil edib.
Qeyd edək ki, hesabat dövründə əhalinin gəlirləri 31 770,8 mln. manat olub. Bunun 1,8%-i - 572 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə, 3,8%-i isə yığıma yönəldilib.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR