Əfsanəvi müğənni vəfat edib

Əfsanəvi müğənni vəfat edib
  • DÜNYA

Əfsanəvi çex müğənnisi Karel Qott vəfat edib.

APA-nın "gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə müğənninin prodüseri məlumat verib.
Onun 80 yaşı vardı.
İfaçılıq karyerasına 1950-ci illərdə başlayan Karel Qott paralel olaraq tramvay zavodunda çalışıb. 1960-cı illərdən sonra özünü bütövlükdə musiqiyə həsr edən ifaçı konservatoriyaya daxil olub. O, Çexiyada tvist dəbə minəndən sonra məşhurlaşıb. Müğənnilərin "Qızıl bülbül” adlı milli müsabiqəsində qələbə qazanandan sonra "Apollon” adlı şəxsi teatrını yaradıb.
Qott sentyabr ayında qan xərçəngindən əziyyət çəkdiyini bildirmişdi.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR