Döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb

Döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb
  • İDMAN

ABŞ-dakı döyüşdən sonra ölən rusiyalı boksçu Maksim Dadaşov Avrasiya Peşəkar Boks Federasiyasının (EBP) qızıl medalına layiq görülüb
.
"Report” xəbər verir ki, təşkilatın qurultayı 28 yaşlı idmançının xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Ona beyin ödəmi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.


Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR