DYP Bərdədə reyd keçirib, 20-yə yaxın sürücü cərimələnib

DYP Bərdədə reyd keçirib, 20-yə yaxın sürücü cərimələnib

Bərdə rayonunda sürücülərə qarşı reyd keçirilib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbir bayram axşamı yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədi daşıyıb. 
Gecə saatlarına qədər davam edən reyd zamanı 20-yə yaxın sürücüyə protokol tərtib olunub. Bir neçə avtomobil isə müvəqqəti saxlama dayanacağına yerləşdirilib.
Reydlər bir neçə gün davam edəcək.
 
Aktual.az
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR