Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
  • DÜNYA

Dünyanın ən yaşlı kişisi hesab edilən Fransisko Nunyes Oliveyra vəfat edib.

"Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, o, 113 yaşında İspaniyanın Badaxos əyalətindəki Byenvenida kəndində ölüb.
Oliveyra 1904-cü il dekabrın 13-də (digər mənbələrə görə, 1904-cü il sentyabrın 13-də) Byenvenidoda anadan olub.
O, heç vaxt sağlamlığından şikayətlənmədiyini, sümüklərini qırmadığını və əla qan təzyiqinə sahib olduğunu iddia edib. 90 yaşında böyrəyini, 98 yaşında isə kataraktanı əməliyyatla çıxarıblar.
Uzunömürlü kişinin 4 uşağı, 9 nəvəsi və 15 nəticəsi var idi. O, 2017-ci il avqustun 11-də İsraildə İsrael Kriştalın ölümündən sonra dünyanın ən yaşlı kişisi hesab edilib.
Oliveyranın ölümündən sonra bu ada yeni namizədlər 1905-ci il iyulun 25-də anadan olan yaponiyalı Masadzo Nonaka və 1905-ci il oktybarın 15-də anadan olan almaniyalı Qustav Qernet olub.

Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR