Dünyanın ən varlı qadın idmançıları müəyyənləşib

Dünyanın ən varlı qadın idmançıları müəyyənləşib
  • İDMAN

"Forbes" jurnalı 2018-ci il ərzində ən çox qazanan qadın idmançıların reytinqini açıqlayıb.

"Report"un məlumatına görə, siyahıya ABŞ tennisçisi Serena Uilyams başçılıq edir.
Onun builki qazancı 18,1 milyon dollara çatıb. İlk "6-lıq"da digər tennisçilər - Karolin Voznyatski (13 milyon dollar), Sloun Stivens (11,2 milyon dollar), Qarbinyo Muqurusa (11 milyon dollar), Mariya Şarapova (10,5 milyon dollar) və Vinus Uilyams (10,2 milyon dollar) da qərarlaşıb.
"10-luğ"a isə digər növlərdən yalnız 2 nəfər - badmintonçu Pusarla Venkata Sindhu (8,5 milyon dollar) və avtomobil idmanı növündə çıxış edən Danika Patrik (7,5 milyon dollar) düşüb.
Qeyd edək ki, Serena Uilyams ardıcıl üçüncü ildir dünyanın ən bahalı idmançısı sayılır. O, qızının dünyaya gəlməsi ilə əlaqədar 13 aylıq fasiləyə martda son qoyub. Dünyanın bir nömrəli sabiq raketka ustası hazırda Qadın Tennisçilər Assosiasiyasının reytinq siyahısında 26-cı yerdə qərarlaşıb.  
 
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR