Dünya bu ürəkağrıdan FOTOdan danışır

Dünya bu ürəkağrıdan FOTOdan danışır
  • DÜNYA

Ötən gecə Suriyanın Hələb şəhərindəki bombardmandan sonra çəkilən şəkil dünya mediasının diqqətini çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəkildə hava hücumu nəticəsində vurulan binanın dağıntıları arasından çıxarılan 5 yaşlı Ümran oturdulduğu təcili yardım stulunda yaşadığı şokun təsiri ilə çarəsizcə ətrafa baxır.

Ümran El Katerji məhəlləsində dünən axşam rejim, ya da Rusiya təyyarələri tərəfindən reallaşdırıldığı təxmin edilən hava hücumunda yaralanan beş uşaqdan biridir. Ümranın fotoşəklini ilk dəfə "Telegraph"ın müxbiri Raf Sançes "Twitter"də paylaşıb. Foto minlərlə dəfə "retweet" edilib və qısa müddətdə beynəlxalq mətbuatın marağını çəkib.

Gözlərində qorxu var...

Əslində hücumu reallaşdıranın hansı tərəf olmasının əhəmiyyəti yoxdur. Hətta artıq harada çəkildiyinin də mənası yoxdur. Əsas olan şey görüntülərdəki azyaşlının qorxu dolu baxışlarıdır.

Qeyd edək ki, başından yaralanan Ümran müalicə olunduqdan sonra xəstəxanadan buraxılıb.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR