Dünən şəhid olan hərbçimiz bu gün Xaçmazda dəfn ediləcək

Dünən şəhid olan hərbçimiz bu gün Xaçmazda dəfn ediləcək

Vətən Müharibəsində ağır yaralanan və 6 ay komada qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 24 yaşlı Səbuhi Babək oğlu Hüseynli ötən gün şəhid olub.

Xaçmaz rayon İcra Hakimiyyətindən Aktual.az-a verilən məlumata görə,  oktyabrın 26-da Xocavənd ətrafında gedən döyüşlərdə baş nahiyəsindən ağır yaralanan Səbuhi Hüseynli uzun müddət idi ki, Silahlı Qüvvələrin Kliniki  Baş Hospitalında və Respublika Neyrocərrahiyyə Xəstəxanasında  müalicə olunurdu.

İcra hakimiyyətindən o, da bildirilib ki, "YAŞAT "Fondu yaralı qazinin müalicəsini xüsusi nəzarətə götürmüşdü, Türkiyədən gələn həkimlər də onu müayinə etmişdilər. Amma baş nahiyəsindən aldığı güclü travma səbəbindən onu  tərpətmək, xaricə aparmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Səbuhi ötən gün xəstəxanada keçinib.

Şəhid hərbçimiz bu gün Xaçmazın Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Şəhid Səbuhi Hüseynli ailəli olub, ondan yadigar bir övladı qaldı.

Allah rəhmət eləsin!
Xəbər 103 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR