Dollar 7 ayın zirvəsindən endi

Dollar 7 ayın zirvəsindən endi

Dolların əsas xarici valyutalara qarşı məzənnəsi bugünkü ticarət sessiyasında 7 aylıq maksimum səviyyədən aşağı enib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, buna ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalların azalmasıdır. Ötən gün açıqlanan istehlak qiymətlərinin statistikası ABŞ-da inflyasiyanın mülayim artımına işarə edib ki, bundan sonra bazar iştirakçıları FED-in dekabr ayında keçiriləcək toplantısında dolların bahalaşdırılacağına da skeptik yanaşmağa başlayıb.

Dolların (altı əsas valyuta səbətinə nisbətən) indeksi bugünkü ticarət sessiyasında 0,02% geriləyərək 97,873 səviyyəsinə enib. Halbuki, bazar ertəsi indeks 98,169-dək irəliləyərək 7 aylıq maksimuma çatmağı bacarıb.

Çində açıqlanan statistik göstəricilərdən sonra Avstraliya dolları bir müddət əvvəl əldə etdiyi üstünlükləri itirib. Hazırda Avstraliya dolları cəmi 0,1% bahalaşaraq $0,7673 ətrafında ticarət olunur. Halbuki, ötən sessiyada valyuta $0,7691 səviyyəsinə çatıb ki, bu da oktyabr ayının 4-dən etibarən maksimumdur. Maraqlıdır ki, digər əsas valyutaların buna reaksiyası daha sakit idi. Buna səbəb kimi dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Çinin açıqladığı statistikada sürprizlərin olmaması göstərilir.

Qeyd edək ki, III rübdə Çində iqtisadi artım 6,7% təşkil edib ki, bu da analitiklərin gözləntiləri ilə üst-üstə düşür. Buna baxmayaraq, sənaye istehsalı 6,1% artaraq proqnozlardan az olub.

Avro isə $1,0984 ətrafında stabilləşib ki, bu da 2,5 aylıq maksimum olan $1,0964 göstəricisindən yuxarıdır.

Funt sterlinq 0,19% ucuzlaşaraq $1,2275 səviyyəsində qərarlaşıb.

Dollar Yaponiya yeninə qarşı 0,04% zəifləyərək 103,78 yenə çatıb.
 
Aktual.az
Xəbər 3401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR