DİN Şəmkirdə erkən nikahın QARŞISINI ALDI

DİN Şəmkirdə erkən nikahın QARŞISINI ALDI

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.  
 
Bu barədə Aktual.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
 
Məlumata görə,  11-ci sinif şagirdi Ləman Mehtiyevanın ( ad soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb. 
Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır. 

Qeyd edək ki, bu gün Şəmkirdə daha bir yetkinlik yaşına çatmayan qızın nişan mərasimi keçirilib. Hər iki faktın qarşısı DİN Gəncə regional qrupu tərəfindən alınıb. 

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR