DİN ölkədən çıxışına qadağa qoyduğu şəxslərin adlarını açıqladı

DİN ölkədən çıxışına qadağa qoyduğu şəxslərin adlarını açıqladı

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.

Nazirlikdən  bildirilib ki, bu ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiqləməklə lazımi informasiyanı almaq mümkündür.

Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR