DİN-dən polis bölməsində baş verən ölümlə bağlı - Açıqlama

DİN-dən polis bölməsində baş verən ölümlə bağlı   - Açıqlama

Daxili İşlər Nazirliyi Polis bölməsinə dəvət olunan vətəndaşın ölümüylə bağlı məlumat yayıb.


Aktual.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR