Di Kaprionun düşdüyü qəzanın görüntüləri yayılıb – VİDEO

Di Kaprionun düşdüyü qəzanın görüntüləri yayılıb   – VİDEO
  • DÜNYA

Son zamanlar məşhur aktyor Leonardo Di Kaprionu xoşagəlməz hadisələr təqib edir.

Keçən həftə onun xeyriyyə fondu fırıldaqçılıqda şübhəli bilinib. Bunun ardınca mediada Hollivud aktyorunun Hempton şəhərində avtomobil qəzasına düşdüyü barədə xəbər öz əksini tapdı. İndi isə internetdə hadisə yerindən görüntülər yayılıb. 

Oxu.Azbu barədə xarici KİV-ə istinadən xəbər verir.  

Ulduzun “Range Rover” markalı avtomobilini digər avtomobil vurub, nəticədə aktyor qarşıdan gələn maşına çırpılıb. Xoşbəxtlikdən qəzada ölən olmayıb. Tibb işçiləri və polislər dərhal hadisə yerinə gəliblər. 41 yaşlı “Oskar” laureatı ilə avtomobildə onun sevgilisi 24 yaşlı model Nina Aqdalda olub.  

Aktyor ilk növbədə qəzada heç kimin xəsarət almamasından əmin olub. Digər sürücüyə avtomobildən çıxmağa yardım edib. Şahidlər Leonardonun yolun kənarında möhkəm qorxmuş sevgilisini sakitləşdirdiyini deyiblər. 

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR