Devid Bekhem sürücülük hüququndan məhrum edilə bilər

Devid Bekhem sürücülük hüququndan məhrum edilə bilər
  • İDMAN

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sürücülük hüququndan məhrum edilə bilər.

"Report” "Daily Mail”a istinadən xəbər verir ki, veteran oyunçu yol hərəkəti qaydalarına əməl etməməkdə ittiham olunur. Bekhemin bu ilin yanvarında Londonda "Bentley” markalı avtomobili ilə sürət həddi saatda 40 km göstərilən yolda 59 km sürətlə hərəkət etdiyi bildirilir.
Futbolçu ittihamı qəbul etməyib. İşlə bağlı dinləm avqustun 28-də Londondakı məhkəmələrin birində olacaq. Bekhem günahkar bilincəyi təqdirdə, sürücülük hüququndan məhrum edilə və ya cərimələnə bilər.
Qeyd edək ki, Bekhem karyerası ərzində İngiltərənin "Mançester Yunayted”, İspaniyanın "Real Madrid”, ABŞ-ın "Los-Anceles Qelaksi”, İtaliyanın "Milan” və Fransanın PSJ klublarının formasını geyinib.
 
Aktual.az
Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR