“Devalvasiya olmayacaq...” - Elman Rüstəmov

“Devalvasiya olmayacaq...”   - Elman Rüstəmov

Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Aktual.az xəbər verir ki, sədr devalvasiyanın yaxın zamanlarda baş verəcəyi ilə bağlı fikirləri şayiə adlandırıb:

“Hamısı şayiədir. Mərkəzi Bank, valyuta bazarı adi rejimdə çalışır. Müntəzəm auksionlar keçirilir. Gördüyünüz kimi, auksionlarda tələb və təklifin təsiri altında manat möhkəmlənir. Müəyyən dövrlərdə manatın dəyəri bir az düşə bilər.

Devalvasiyadan sonrakı kurs ətrafında hələ ki, əhəmiyyətli dəyişiklik olmayıb. Neftin qiymətinə gəldikdə isə aşağı səviyyədə olsa da, müəyyən stabillik var, dövlət büdcəsi də təsdiq olunub”.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.

// Aktual.az

Xəbər 3755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR