Devalvasiya nə zaman qaçılmazdır?

Devalvasiya nə zaman qaçılmazdır?

2016-cı ilin yanvar-iyun ayları üçün Azərbaycanın tədiyyə balansı (tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir – red.) 1 milyard 252,7 milyon dollar, o cümlədən cari əməliyyatlar balansı 801,9 milyon dollar kəsirə (defisit) malik olub.

Aktual.az “Marja”ya istinadən məlumatına görə, devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, “sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi” kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür.

Sözügedən metoddan, inflyasiya səbəbindən yaranan daxili və xarici qiymət səviyyəsi fərqini, dolayısı ilə ödənişlər balansı (tədiyə balansı) kəsirini örtmək məqsədilə də istifadə olunur.

Devalvasiyaya gedən ölkələr xarici sərmayə cəlb etməklə bərabər, ixracatda rəqabət üstünlüyü tuturlar. Ancaq devalvasiyanın müsbət tərəfləri ilə bərabər mənfi tərəflərinin də olduğu mütəxəssislər tərəfindən vurğulanır.

Yüksək xarici borca malik ölkələrdə, bu yükün daha da artmasına yol açan devalvasiyanın, avadanlıq və texnologiya idxalını daha bahalı edərək ölkədə qiymət artımının baş verməsinə səbəb olur.

Devalvasiyanın, xüsusilə, az inkişaf etmiş və iqtisadiyyatı, əsasən, kənd təsərrüfatına söykənən ölkələrdə ciddi problemlərə yol açdığı da dilə gətirilir. Belə ölkələr ərzaq məhsullarının böyük bir hissəsini xaricdən idxal etdiklərinə görə, əhalisi məhsulları daha bahalı alımalı olur.  

Əgər tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır.

Qeyd edək ki, 21 fevral 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankı manatın dəyərini dollar qarşısında 34% aşağı salıb.

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR