Dərmanlarda qiymət tənzimlənməsi nə vaxt başa çatır? - Açıqlama

Dərmanlarda qiymət tənzimlənməsi nə vaxt başa çatır?   - Açıqlama

2016-cı ilin I yarım illiyində dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin başa çatdırılması nəzərdə tutulur.

Aktual.az Atv.az-a istinadən xəbər verir ki, Tarif Şurasından verilən məlumatda bildirilir ki, hazırda ölkədə istifadəsinə icazə verilmiş 77 %-i dərman vasitələrinin qiyməti tənzimlənib. Yeni qeydiyyata alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi isə daimi xarakter daşıyır.

Qeyd edək ki, ümumilikdə, indiyədək dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilən qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənən digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR