Dərinsulu Günəşli platforması işə salındı

Dərinsulu Günəşli platforması işə salındı

Dərinsulu Günəşli platformasında aparılan profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər sentyabrın 11-də uğurla və təhlükəsiz şəkildə başa çatdırılıb və platforma sentyabrın 12-də səhər saatlarında yenidən işə salınıb. Hazırda platformadan hasilat tədricən artırılaraq əvvəlki səviyyəyə çatdırılmaqdadır.

Qeyd edək ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, plana əsasən, Dərinsulu Günəşli platformasından hasilat 2016-cı il sentyabr ayının 1-dən başlayaraq təxminən 11 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2015-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Digər platformalardan - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Qərbi Çıraq və Şahdəniz paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR