“Dərdimə ancaq siz əlac edə bilərsiz"

“Dərdimə ancaq siz əlac edə bilərsiz

Faiq Fətiyev Kamil oğlu Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Vətəndaş müraciətində qeyd edib ki, üç ildir yollarda qalıb: "Uzun müddətdir ki, üzləşdiyim problem həll edilmir. Axırda dedilər ki, probleminiz nazirin səlahiyyəti çərçivəsindədir. Dəfələrlə hörmətli nazirimizə müraciət ünvanlamışam ki, qəbula düşüm, dərdimi deyim. Amma mümkün olmayıb”.

Onun sözlərinə görə, nazirliyə gedib: "Qəbulda 153-cü adam olmuşam. Əməliyyatdan təzə çıxdığım üçün dayanıb gözləyə bilməmişəm. Xahiş edirəm, hörmətli nazirimiz Ramil Usubov, kasıb, sadə ailə başçısını, Azərbaycan vətəndaşını qəbul edib dinləyin. Mənim dərdimə ancaq siz əlac edə bilərsiz.

Bilirəm ki, cənab nazirimiz Ramil Usubov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır və səlahiyyəti çərçivəsində köməklik göstərir. Əminəm hörmətli nazirimiz səsimə səs verib məni qəbul edəcək və 7 nəfərdən ibarət olan ailəmizə əbədi sevinc bəxş edəcək”.

Vətəndaş probleminin nədən ibarət olması haqda məlumat verməsə də, acizanə surətdə onun müraciətini işıqlandırmağımızı xahiş edir.(AFN.az)

F.Fətiyevin əlaqə nömrəsi: 050 592-81-02

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR