Dekabrın 1-i və 2-də geomaqnit qasırğası olacaq

Dekabrın 1-i və 2-də geomaqnit qasırğası olacaq

Yer kürəsində dekabrın 1 və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.

 

"Report” xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşan növbəti böyük ölcülü tac dəliyidir: "Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq".

E.Babayev əlavə edib ki, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlarda narahatlıq yaradacaq: "Diskomfort xeyli artacaq". 

 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR