Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs olunub.
Aktual.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyindən başlayan həbs dalğası artıq RYTN-nə keçib. Ötən gecə nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Hazırda Rabitə Nazirliyində yoxlamalar başlayıb. Vəzifəsindən azad olunanlar var.
Qeyd edək ki, 29.06.2015-ci il tarixdə BƏHM-in təşkilati -hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.