Daha bir məşhur güləşçimiz karyerasını bitirdi

Daha bir məşhur güləşçimiz karyerasını bitirdi

Daha bir titullu güləşçimiz karyerasını başa vurub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elvin Mürsəliyev karyerasını bitirib.

Onun Azərbaycan Güləş Federasiyasının son məşqlərdən qoyduğu videolarda komandanı məşqçi kimi kənardan izləməsi diqqətdən yayınmayıb.

32 yaşlı idmançı karyerasını bitirməsini təsdiqləyib:

"Zədələr karyeramı davam etdirməyə imkan vermir. Demək olar ki, yaş da öz sözünü deyir. Özümü tam toparlaya bilmirəm. Millimizin Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirinə hazırlığında məşqçilər korpusuna kömək edirdim.

Ancaq hələ məşqçiliyə başlamamışam. Federasiya tərəfindən etimad göstərilsə, məşqçi kimi işə başlaya bilərəm”.

Qeyd edək ki, ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.

Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb.
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR