Cozef Bayden Ankaradadır

Cozef Bayden Ankaradadır
  • DÜNYA

Aktual.az Ölkə.Az-a  istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya rəsmi səfəri artıq başlayıb. 

Baydeni hava limanında Vaşinqtonun Türkiyədəki səfiri Con Bass və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Qılıc qarşılayıb.

Baydenin prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman, həmçinin baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılıb.

Bayden ilk ziyarətini TBMM-ə edəcək.

Görüşlərdə Suriya böhranı, Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələləri əsas müzakirə mövzuları olacaq.

Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR