Cocuq Mərcanlıda 1105 qəlpə tapıldı

Cocuq Mərcanlıda 1105 qəlpə tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 5-də Cocuq Mərcanlı kəndi ərazisində 1105 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib.

ANAMA-dan Aktual.az-a bildiriblər ki, 24 142 kvadratmetr ərazi tam təmizlənib, 17 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR