Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanıldı

 Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, dekabrın 20-də ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 11-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR