“Cəbhədə baş verənlər zamanı 100-ə yaxın evə mərmi düşüb”

“Cəbhədə baş verənlər zamanı 100-ə yaxın evə mərmi düşüb”

"Təmas xəttinin Goranboy istiqamətində erməni təxirabtları zamanı rayonun cəbhəyanı kəndlərinə ciddi zaiyan dəyib".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev bildirib.

İcra başçısı qeyd edib ki, cəhbədə baş verən son hadisələr zamanı rayonun Tapqaraqoyunlu və Zeybə kəndlərinə daha çox ziyan dəyib: "Kəndlərdə komunikasiya xətləri sıradan çıxıb. Ermənilər kəndləri daha çox top və qrad mərmisi ilə ataəşə tutub. Nəticədə 100-ə yaxın evə, o cümlədən uşaq baxçasına mərmi düşüb. Kəndə düşən mərmilərin partlaması nəticəsində sakinlər arasında xəsarət alan olmasa da, 9 ev tamamilə yarasız hala düşüb, 60 baş mal-qara tələf olub".

N.Quliyev vurğulayıb ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının (FHK) nümayəndələri tərəfindən cəbhəboyu kəndlərə dəyən ziyanın miqdarı hesablanır: "Erməni təxribatları zamanı zərər görümüş sakinlərə icra hakimiyyəti tərəfindən köməkliklər göstərilib və yardım olunub. Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşqul olurlar".

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR