Cavid Hüseynovun günahkar olub-olmadığını müəyyən edən "Whatsapp" yazışması üzə çıxdı - FOTO

Cavid Hüseynovun günahkar olub-olmadığını müəyyən edən

Jurnalist Rasim Əliyevin ölümünə görə "Qəbələ"nin sabiq futbolçusu Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum ediməsi ictimaiyyətdə heç də birmənalı qarşılanmadı.

Aktual.az  sport7.az-a istinadən bildirir ki, millimizin üzvünün həbsini pisləyənlər də oldu, onu günahsız hesab edənlər də.

Qətlin əsas iştirakçısı isə Cinayət Məcəlləsinin 307.1 (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2 (cinayəti gizləmə) maddələri üzrə təqsirli bilinən Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. Çoxları İsmayılovla yanaşı, Arif Əliyev (12 il 6 ay), Camal Məmmədov (11 il),  Kənan Mədətov və Samir Mustafayevin (9 il) layiqli cəzanı aldığını, buna görə də Cavidin həbsini müəyyən etirazlarla qarşılayır.

Təbii ki, Elşənlə Cavidin "Whatsapp" yazışmasından xəbərsiz olduqları üçün belə düşünmələrini anlamaq olar. Sizə qohumların məlum hadisə ilə bağlı yazışmasını təqdim etdiyimizdə isə fikirlər bir qədər dəyişə bilər. Şərh sizindir...

Qeyd edək ki, bu, yazışmaların bir hissəsi silinib.

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR