Cahangir Hacıyevin apelyasiya şikayəti təmin edilmədi

Cahangir Hacıyevin apelyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin Nərimanov rayon Məhkəməsinin barəsində çıxardığı qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev özü də iştirak edib. Məhkəmə prosesi qapalı keçirilib.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti vermişdi.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR