Üç ildə Azərbaycanda 286 tələbə ölüb

Üç ildə Azərbaycanda  286 tələbə ölüb

Akademik borca görə 7 488 nəfər təhsil aldığı müəssisədən xaric edilib


2012-ci ilin martın 28-dən 2015-ci ilə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə ümumilikdə 499 077 məlumat daxil edilib.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.
Statistika ali təhsil və orta ixtisas pilləsi üzrə hesablanıb.
Məlumata görə, bu müddət ərzində sistemə daxil edilən statistika aşağıdakı kimidir:
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu - 5 512,
Xarici təhsil müəssisələrindən köçürmələr - 10 486
Ölkədaxili köçürmələr - 8 886
İxtisas dəyişmələri - 9 495
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri - 28
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr - 33
Akademik borca görə xaricedilmələr - 7 488
Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr - 6 174
Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr - 17 165
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr - 7 574
Təkrar kursda saxlanılmalar - 2 334
Bərpalar - 22 391
Şəxsi məlumatların dəyişməsi - 13 646
Ölüm halları - 286 (bakalavriat səviyyəsində 167, magistraturada 5, tam orta təhsil bazasında 49, ümumi orta təhsil bazasında isə 65 nəfər)
Diplomalma - 339 388.
Qeyd edək ki, təqdim olunan material TQDK, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilən məlumatlar əsasında hazırlanıb.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR