Üç deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı

Üç deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

Aktual.az APA-ya istinadla xəbər verir ki, heyətdən çıxarılan üç nəfərin yerinə təyin olunan digər parlamentarilər Ülviyyə Ağayeva və Asim Mollazadədir. 
Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan üç yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR