Bzejinski Bakı haqda bunu demişdi - Poqosyan

Bzejinski Bakı haqda bunu demişdi - Poqosyan

Gəlin, Azərbaycanın regiondakı yerini və qlobal siyasətdəki rolunu aydın şəkildə müəyyən edək. Azərbaycan Xəzər hövzəsinin ən mühüm qovşağında yerləşir. Zbiqnev Bjezinski (ABŞ politoloqu və dövlət xadimi - red.) Azərbaycanı Xəzər sərvətinin ən önəmli yeri adlandırıb. Ona görə də ABŞ üçün Azərbaycan strateji əhəmiyyət kəsb edir, Ermənistanın rolu isə taktiki xarakter daşıyır: Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, digər tərəfdən isə İran ətrafında halqanı daha da sıxmaq üçün.
Aktual.az xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
"Dünyada baş verən transformasiyalara baxmayaraq, ABŞ maliyyə, iqtisadi, texnoloji, siyasi və hərbi baxımdan hegemon mövqedə qalmaqda davam edir. ABŞ-ın genişçeşidli alətləri var. Bunu təsəvvür etmək üçün Şimali Koreya, Rusiya və İranla bağlı siyasətə nəzər salmaq kifayətdir. Başqa bir sual ondan ibarətdir ki, ən azı bugünkü məntiqlə ABŞ çətin ki, əməli addımlar atsın: iqtisadi, maliyyə sanksiyaları, eləcə də Ermənistana aktiv hərbi dəstək və ya birbaşa müdaxilə etsin. Buna görə də hazırda ABŞ Ermənistanın etimadını qazanmağa, digər tərəfdən isə Bakını gərgin vəziyyətdə saxlamağa çalışır ki, Azərbaycan antiamerika mövqeyini tutmasın. Türkiyə ilə Rusiya münasibətlərinə gəlincə, bəzi hallarda əməkdaşlıq edir, bəzi hallarda rəqabət aparırlar. Burada isə təəssüf ki, onların maraqları üst-üstə düşür. Üstəlik, təəssüf ki, İranın da bu məsələdə maraqları üst-üstə düşür və Tehran tez-tez regiondankənar qüvvələrin bölgəyə buraxılmamasının lehinə çıxış edir. Əsasən regiondankənar güclərin iştirakı, yəni Qərbin, xüsusən də ABŞ və Fransanın mövcudluğu Türkiyə və Rusiyanın təsiri və ambisiyaları hesabına həyata keçiriləcək. Bu isə regionun əsas oyunçuları arasında real narahatlıq yaradır”, - o bildirib.
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR