Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək

Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək

Böyük Britaniya daha 5 il "Formula 1” üzrə dünya çempionatının təqvimində yer alacaq.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı "Formula One Management Limited”lə yerli Təşkilat Komitəsi arasında 2024-cü ilə qədər müqavilə bağlanılıb. "Formula 1” yarışları 1950-ci ildən Silverstoun transında baş tutur.
Qeyd edək ki, "Formula 1” Azərbaycan da daxil olmaqla, 21 ölkədə keçirilir. Yeni mövsümdən etibarən, təqvimdə Hollandiya və Vyetnam Qran-priləri peyda olacaq. Əvəzində Meksika və İtaliyadakı mərhələlərin ixtisara düşəcəyi gözlənilir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin "Formula One Management Limited”lə 2023-cü ilə qədər müqaviləsi var.
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR