Bu rayonlarda analoq televiziya yayımı dayandırılır

Bu rayonlarda analoq televiziya yayımı dayandırılır

Bu gündən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq televiziya yayımı dayandırılır. 

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, dekabrın 1-dən bu rayonlarda rəqəmli televiziya yayımı həyata keçiriləcək.

Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. 

Analoq yayımın II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb.
 

Aktual.az
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR