Bakıda hərəkət yolu qısaldılmış marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edilib.
Bu barədə Axşam.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, bu addım sakinlərin çoxsaylı xahiş və müraciəti nəzərə alınaraq atılıb.
Belə ki, oktyabrın 19-da “BakuBus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən "20 Yanvar" m/s-na kimi qısaldılmışdı.
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq, “BakuBus” avtobuslarının həmin istiqamətdə hərəkəti saxlanılmaqla, 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edib.
Belə ki, bu gündən etibarən 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6 Mkr – “Nəsimi” m.st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – “Memar Əcəmi” m/st. – 3 mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – “20 yanvar” m.st. – Tbilisi pr. – C.Cabbarlı küç. – “Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə fəaliyyət göstərir.
Aktual.az
Xəbər 552 dəfə oxunub.