Bu ölkədə müsəlman qadınların çimərlik paltarı qadağan olundu

Bu ölkədə müsəlman qadınların çimərlik paltarı qadağan olundu
  • DÜNYA

Kann şəhərinin rəhbərliyi "burkini" adlanan ənənəvi müsəlman qadınlarının çimərlik paltarlarına qadağa qoyub.

Aktual.az  bildirir ki, bu barədə Trend Fransanın "La Libération" qəzetinə istinadən xəbər verir.

Qadın bədənini tam örtən "burkini"də bundan sonra Kann çimərliklərinə giriş artıq qadağandır.

Hakimiyyət orqanları hesab edirlər ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman ictimai intizamın pozulmasına səbəb ola bilər.

Daha əvvəl İsveçrənin Bazel şəhərində "burkini"də ictimai hovuzlardan istifadə etməyə qadağa qoyulub.

Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR