Bu ölkə də eynicinslilərin nikahını QANUNİLƏŞDİRİR

Bu ölkə də eynicinslilərin nikahını QANUNİLƏŞDİRİR

Maltada yaxın gələcəkdə bircinsiyyətli nikahları qanuniləşdirəcək.

Publika.az xəbər verir ki, bu qanun layihəsini nəinki hakim Fəhlə partiyası, həmçinin, əsas müxalifət qüvvəsi sayılan - sağ-mərkəzçi Milliyyətçi Partiya da bəyənib. Qanun layihəsi yalnız homoseksualların rəsmi nikaha girməsinə deyil, həm də uşaq övladlığa götürməyə icazə verəcək.
Yeri gəlmişkən, Malta katolik ölkə olmasına baxmayaraq artıq LGBT üzvlərinin hüquqlarının müdafiəsində xeyli uğur qazanıb. Qadın rolunda olmaq istəyən kişiyə bu şərait yaradılır ki, o, qeyri-qanuni yollarla cinsini dəyişməsin. Ada sakinlərinin qeyri-qanuni yolla cinsini dəyişməsini qadağan etmiş ilk dövlət olaraq Malta ötən il bir ilkə imza atıb.
"Malta LGBT nümayəndələrinin hüquq bərabərliyi və vətəndaş azadlıqları məsələlərində aparıcı rolunu saxlamaq istəyir. Bununla da bütün dünyaya örnək olmağa çalışır”, - deyə Maltanın baş naziri Cozef Muskata qeyd edir.
Əlbəttə, nəzərdə tutulan dəyişikliklərdən hamı razı deyil. Məsələn, bir çoxunun xoşuna gəlmir ki, bu zaman "ata”, "ana”, anlayışları sıradan çıxır, eyni zamanda bir sıra bayramlar, məsələn, "Analar günü”nün adı dəyişməlidir.
Maltanın arxiyepiskopu Çarlz Skikluna bildirib ki, kilsə homoseksuallara qarşı çıxış etmir, bununla belə, hökumətin təklif etdiyi dəyişiklikləri tənqid edir. Bir çox ada sakinləri kimi baş keşişin də bircinsiyyətli nikahların qanuniləşdirilməsindən daha çox gender sözlərin – "ata”, "ana” itməsi təhlükəsi xoşuna gəlmir.
Parlamentin qanun paketini qəbul etməsindən sonra, Malta qanuniləşdirilmiş bircinsiyyətli nikahlar üzrə Avropa İttifaqının 13-cü ölkəsi olacaq.

Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR