"Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevdeyib.
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin yol qəzalarında 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.
Xəbər 250 dəfə oxunub.