Bu il Azərbaycanın Milli Parklarına səfər edənlərin sayı açıqlanıb

Bu il Azərbaycanın Milli Parklarına səfər edənlərin sayı açıqlanıb

"Bu ilin ilk 8 ayında Azərbaycanda fəaliyyət göstərən Milli Parklara 74 217 nəfər səfər edib".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə "Azərbaycanın Milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
O bildirib ki, milli parklara səfər edənlərin 7 286-sı əcnəbi, 66 931-i isə yerli vətəndaşlar olub.
H.Əlizadə qeyd edib ki, ölkədə ekoturizmin inkişafı üçün Milli parkların inkişafı üzrə
ölkə üzrə milli proqram hazırlanacaq: "Milli Parkların potensial imkanları çox olsa da, bura səfər edən turistlərin sayı o qədər də qənaətbəxş deyil. Ona görə də milli proqramın hazırlanması vacibdir. Milli Parklara səfər edənlərin sayını artırmaq yollarını fikirləşmək, bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün Milli parklara səfər edənlərin sayı 3000 nəfər nəfər idisə, bu il həmin göstərici 75 minə yaxınlaşıb". 
Xəbər 182 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR