Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır

Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışına başlanılır
  • İDMAN

"Bu gündən Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına başlanılır".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, biletlər bu gündən şirkətin rəsmi veb saytında satışa çıxarılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib ki, yarışın keçirilməsinin 5 illiyi münasibətilə avtoidman həvəskarlarına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir: "Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək. Həmin tarixdən sonra biletlər tam qiymətlə satılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndalar daxildir".
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR