Bu gün Xətai rayonunda su kəsiləcək

Bu gün Xətai rayonunda su kəsiləcək

 Bu gün Xətai rayonunun bir hissəsidə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.


"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Aktual.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” abonentlərdən üzr istəyir.

 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR