Bu gün ölkədə 252 nəfərin 18 yaşı olur — İlk dəfə səs verəcəklər

Bu gün ölkədə 252 nəfərin 18 yaşı olur   — İlk dəfə səs verəcəklər

Bu gün keçirilən parlament seçkilərində 5 milyon 200 minə yaxın seçicinin iştirakı gözlənilir.

Aktual.az MSK-ya istinadən xəbər verir ki, seçkilərdə 767 namizəd 125 yer uğrunda mübarizə aparır. Ən çox namizəd olan dairədə 12, ən az namizəd olan dairədə isə 3 namizəd var. 22 partiyadan 15-i birbaşa, 7-si isə blok şəklində iştirak edir. Hər məntəqədə veb-kamera quraşdırılıb. Seçicilər arasında 18 yaşı bu il tamam olan 63553, o cümlədən, 90-99 yaş arasında olan 7035 seçici var. Yaşı 100 və ondan yuxarı olanların sayı isə 564 nəfərdir.

Qeyd edək ki, bu gün respublikada 252 nəfərin 18 yaşı tamam olur və onlar ilk dəfə səsvermə prosesində iştirak edəcəklər.

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR