“Bu binamusa hər veriliş üçün 3500 avro ödənilir!” – Deputatdan Osmanqızına sərt sözlər!

“Bu binamusa hər veriliş üçün 3500 avro ödənilir!” – Deputatdan Osmanqızına sərt sözlər!

"Ən son verilişində Sevinc Osmanqızının səsləndirdiyi ağır təhqirlər, ədəbsiz sözlər, ağılagəlməz söyüşlər ondan xəbər verir ki, bu adam özünü sözün gerçək anlamında "axırıncı yola” qoyub.”- Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.


"Sevinc durmadan danışır. Üstəlik, eynən küçə qadınları kimi danışır. İyrənc jarqonlarla danışır. Satılıq kimi danışır. Pulla danışır. Mənəvyyatını, şəxsiyyətini, ləyaqətini xərcləyərək, hərraca çıxararaq, bütün təkliflərə açıq saxlayaraq danışır.


Hər verilişə görə bu vətən xaininə xüsusi xidmət orqanları tərəfindən 3500 avro pul ödənilir. Konsepsiya isə "hər şey daxil”dir. Yəni, nə istəsələr sifariş verə bilərlər. Limit yoxdur. Baryer yoxdur. Sərhəd yoxdur.


Sevinc deyir, seçkidə gərək Tural Sadıqlı kimi layiqli insanlar iştirak edəydi. Və.. elə sadəcə bu kəlmə bəsdir. Tam yetərlidir. Ki, bu binamusun beyninə, düşüncəsinə, təfəkkürünə, dünyagörüşünə, səmimiyyətinə qiymət verəsən.


Özü də kim, kim, Tural! Həyatın dibi Tural. Gözlərindən, baxışından, oturuşundan, duruşundan səbatsızlıq, səviyyəsizlik, düşüklük, manqurtluq tökülən Tural!


Bədbəxt adam! Əgər sənin namizədin bu tərbiyəsiz gədədirsə, o zaman demək ki, eyni bezin qırağısınız da. Demək ki, eyni zibilsiniz də. Demək ki, eyni məkanda, eyni adamların tövsiyyəsi ilə, eyni şəbəkənin pulu ilə "qədim peşə”nin sirrlərinə yiyələnirsiz də...


Bu torpağın suyu və çörəyi haramınız olsun. Burnunuzdan gəlsin. Namərd yığını!” – deyə Partiya sədri fikirlərinə davam edib

Xəbər 1126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR