Bu adlara qəti qadağa qoyulub

Bu adlara qəti qadağa qoyulub

“Son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı bizə 20-ə yaxın müraciət daxil olub”

 Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu   Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” adları qoymaq istədikləri məlum olub: “Tərəfimizdən bu adlara qəti qadağa qoyuldu.”

S. Sadıqova əlavə edib ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.

Sədr müavini qeyd edib ki, adlarla bağlı ayrıca lüğətin hazırlanmasına ehtiyac var: “Adlar lüğətinin olması çox yaxşı olardı, qeydiyyat şöbələrinin də işi asanlaşardı”.

Xəbər 737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR